525.Az

Dahilik və müdriklik təcəssümü üzərində qurulan Azərbaycan-Ukrayna dostluğu


 

Dahilik və müdriklik təcəssümü üzərində qurulan Azərbaycan-Ukrayna dostluğu<b style="color:red"></b>

Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra dünyanın bir çox ölkələri ilə yanaşı Ukrayna ilə strateji əməkdaşlığın inkişafına xüsusi diqqət  ayırıb. Bu baxımdan 1993-cü ildə 2-ci dəfə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev ölkələrimiz arasındakı tarixi dostluq əlaqələrini bərpa edərək, Azərbaycan Ukrayna münasibətlərini strateji müttəfiqlik zirvəsinə ucaltmağa müvəffəq olub.

Təsadüfi deyil ki, bu gün Ukraynanın bir çox ictimai, siyasi xadimləri Ulu Öndər Heydər Əliyevi Azərbaycanla Ukrayna dostluğunun memarı və qurucusu kimi qiymətləndirirlər. Dahi Öndərin SSRİ nazirlər kabinetinin sədr müavini işlədiyi dövrlərdə  Ukrayna və Ukrayna xalqı qarşısındakı  əvəzssiz xidmətləri, o illərdə  ukraynada bir sıra iri sənaye müəssisələrinin, fabrik və zavodların tikintisinə yardımçı olması, Çernobl Atom Elektrik stansiyasında baş vermiş partlayışın keçmiş sovet rəhbərliyi tərəfindən gizlin saxlandığı bir dönəmdə  Heydər Əliyevin həyacan siqnalı verməsi və  faciənin aradan qaldırılmasında göstərdiyi tarixi şücaət Ukrayna xalqı tərəfindən bu gündə böyük minnətdarlıq hissi ilə  xatırlanır. Ölkələrimiz müstəqillik əldə etdikdən sonrada Heydər Əliyev Azərbaycanla Ukrayna arasındakı  tarixi dostluq əlaqələrinin möhkəm əsaslar üzərində qurulmasında üzərinə düşən tarixi missiyanı böyük ustalıqla yerinə yetirib. Məhz bu gün Azərbaycanla Ukraynanın beynəlxalq arenada strateji müttəfiqlər kimi tanınması  Heydər Əliyevin adı ilə bağlıdır. O zaman həyata keçirilən müdrük siyasət nəticəsində ölkələrimiz  arasında davamlı və yüksək səviyyədə iqtisadi və siyasi əməkdaşlıq münasibətləri qurulub. Azərbaycan və Ukrayna GUAM regional təşkilatı çərçivəsində sıx əməkdaşlıq edir. 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Ukraynaya ilk  rəsmi səfəri ikitərəfli münasibətlərin daha da inkişaf etməsinə  əsaslı təkan verib. Səfər çərçivəsində ulu öndər Heydər Əliyevlə  Ukraynanın keçmiş dövlət başçısı Leonid Kuçma arasında keçirilən   tarixi görüş ölkələrimiz arasındakı iqtisadi,siyasi əlaqələrinyeni inkişaf mərhələsinə qədəm qoymasında  mühüm əhəmiyyət kəsb edib. Görüş zamanı Azərbaycanla Ukrayna arasında neft - qaz sahəsində əməkdaşlıq haqqında memorandumun imzalanması   gənc və müstəqil dövlətlərimizin gələcək strateji əməkdaşlığının hüquqi bazasına  çevrilib.

Səfər çərçivəsində  Heydər Əliyevə Ukraynanın ali mükafatı - "Yaroslav Mudrı" ordenin  və Kiyev şəhərinin  fəxri  vətəndaşı adının verilməsi bir mənalı olaraq  dahilik və müdrüklüyə verilən qiymətin bariz nümunəsi kimi dəyərləndirilir. 

Ötən dövr ərzində inkişaf edərək Cənubi Qafqazda lider dövlətə çevrilən  Azərbaycan Respublikası beynəlxalq aləmdəki  mövqelərini daha da gücləndirmək, milli dövlətçilik maraqlarını təmin etmək və dünyadakı etibarlı tərəfdaşları ilə əlaqələrini genişləndirmək istiqamətində çox böyük nailiyyətlər əldə edib.  Bu mənada, inamla demək olar ki, Azərbaycan ilə  Ukrayna arasında strateji müttəfiqlik münasibətləri durmadan inkişaf edərək möhkəmlənib. Ölkələrimiz beynəlxalq forum və sammitlərdə eyni mövqedən çıxış edərək, qarşılıqlı maraq doğuran məsələlərdə birgə əməkdaşlığı inkişaf etdirirlər.Hər iki ölkə müstəqilliklərini əldə etdikləri gündən indiyədək beynəlxalq aləmdə mühüm tərəfdaşlar kimi tanınırlar. Fərəhləndirici haldırki, Azərbaycanla Ukrayna arasındakı mehriban dostluq münasibətləri səmimiyyət üzərində qurulub. Çətin məqamlarda hər iki ölkə bir-birinə dayaq olmaq prinsipini bu gündə böyük əzmlə qoruyub saxlayır.

Ukraynanın keçmiş prezidenti Leonid Kuçma  dəfələrlə minnətdarlıq hissi ilə qeyd edib ki,  bu ənənələrin əsasını Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev qoyub:-“Ukraynanın ən ağır illərində Heydər Əliyev ölkəmizə əsl dost və qardaş   dəstəyini  verib, 1990-cı illərdə məhsul yığımı zamanı Ukrayna yanacaq böhranı ilə üzləşəndə yaxın dost və məsləkdaşımız kimi  bizə əsl dost yardımını dahi Heydər Əliyevvə Azərbaycan xalqı edib.Biz münasibətlərimizin müxtəlif dövrlərini, ölkələrimizin yaşadığı çətin anlarını heç zaman unutmuruq. Dostlar həmişə çətin anlarda tanınır. Bu baxımdan  Ukraynanın çətin və mürəkkəb vəziyyətlə üzləşdiyi bir zamanda Heydər Əliyev Ukraynaya təmənnasız yardım göstərməklə xalqımıza arxa dayaq olub.Azərbaycanın müharibə şəraitində olmağına baxmayaraq ukraynanı məhsul yığımını  həyata keçirmək üçün yanacaqla təmin etdi .Bu o zaman ukraynanın energetikasını və kənd təsərrüfatını  xilas etmək demək idi. Bu yaxşılıq  əlbəttə ki, Ukrayna xalqı tərəfindən heç zaman unudulmayacaq.” 

Təbii ki, cənab Kuçmanın bu səmimi sözlərini bu gün demək olarki, Ukraynanın istənilən dovlət və hökumət rəsmilərinin dilindən eşitmək olur. Məhz ulu Öndər Heydər Əliyevin Kiyev şəhərinin mərkəzində abidəsinin ucaldılması,onun adına istirahət parkının salınması, Ukraynanın ali təhsil ocaqlarından birinə Heydər Əliyev adına Beynəlxalq  Sosial Elmlər İnsitutunun verilməsi heçdə təsadüfi deyil.Bu adlar uzun illər dahi bir şəxsiyyətin zaman –zaman bir xalqın qəlbində özünə ucaltdığı əbədi sevgi təcəssümüdür.

Onu da qeyd edək ki, iki ölkə arasındakı xeyirxahlıq ənənələri bu gün də davam etdirilir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən düşünülmüş şəkildə prinsipiallıqla davam etdirilən siyasi və iqtisadi strategiya ölkələrimizi dahada bir birinə six bağlayır.Bölgədə İri layihələrin reallaşdırılması Azərbaycanın iqtisadi gücünü artırmışdır. Bu da ölkəmizə dünya miqyasında bir sıra qlobal layihələrin  həyata keçirilməsinə geniş şərait yaradır. Ukrayna Azərbaycan iqtisadiyyatının stimullaşdırılmasını, müxtəlif texnogen qəzaların nəticələrinin aradan qaldırılmasındakı böyük fəallığını yüksək qiymətləndirir. Ötən illərdə Çernobıl Atom Elektrik Stansiyasında “Örtük” layihəsinin həyata keçirilməsi üçün Çernobıl Fonduna Azərbaycan tərəfindən bir milyon dollar həcmində vəsait köçürülməsi ölkəmizin xeyirxahlıq ənənəsinin, dostluq və əməkdaşlığa sadiqliyinin bariz nümunəsi kimi dəyərləndirilir. Bu, eyni zamanda Azərbaycan - Ukrayna xalqları arasında qırılmaz dostluq əlaqələrinin daha sıx tellərlə bağlanmasından xəbər verir.

Vaxtı ilə Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi, ticarət, mədəniyyət, elm, təhsil və humanitar sahələrdə normativ-hüquqi bazanın yaradılmasını və əlaqələrin tənzimlənməsini möhkəm əsaslar üzərində qurub. Bu məqsədlə, təkcə 1994-1997-ci illərdə ölkələrimiz arasında 30-dək müqavilə, saziş və protokollar imzalanmışdır. Həmin  sənədlər müvafiq qaydada təsdiq olunmuş nazirlik, komitə, şirkət, konsern, birlik, mərkəzi idarə və təşkilatlara göndərilmiş, onların müddəalarından irəli  gələn tədbirlərin həyata keçirilməsi tapşırılmışdır. Görülmüş işlər nəticəsində Ukrayna ilə əlaqələrin miqyası xeyli genişlənmişdir. Azərbaycan-Ukrayna münasibətlərinin intensiv dinamikası möhtərəm prezidentimiz İlham Əliyev tərəfindəndəuğurla davam etdirilir. Cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə Ukraynaya etdiyi rəsmi və dövlət səfərləriikitərəfli dostluq münasibətlərinin inkişafinda xüsusi rol oynamışdır. Azərbaycanla Ukrayna arasında energetika sahəsində əməkdaşlığa dair imzalanmış müqavilələr qarşılıqlı münasibətlərin inkişafına öz səmərəli töhvəsini verib.

Hər iki ölkənin beynəlxalq təşkilatlardakı qarşılıqlı dəstəyə əsaslanan fəaliyyətidə  kifayət qədər yüksək səviyyədə davam edir. Ukrayna Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduğunu dəfələrlə bəyan edib.Azərbaycanda öz növbəsində Ukraynanın  qarşılaşdığı indiki ağır dönəmində ozmənəvi yardımını əsirgəmir beynəlxalq arenada dost ölkənin ərazi bütövlüyünə dəstək verir.

Fərəhləndirici haldır ki, bu gün Azərbaycan Ukrayna  əlaqələri bütün sahələrdə inkişaf edir. İki ölkə arasında siyasi baxımdan daha fəal dialoq aparılır. Dövlət başçılarının, habelə digər rəsmi nümayəndələrin qarşılıqlı səfərləri zamanı imzalanmış sənədlər, həmçinin digər layihələrin reallaşması ölkələrimiz arasında qarşılıqlı siyasi fəaliyyətin yüksək səviyyədə olmasından xəbər verir.Təbiiki  ikitərəfli qarşılıqlı əlaqələrin durmadan inkişaf etməsinin kökündə müdrük düşüncənin məntiqi dayanır.O müdrük  düşüncəki ,onun memarı və  müəllifi dahi Heydər Əliyevdir.

Əfqan SALMANOV
Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki fəxri konsulu, İqtisadi elmlər namizədi

 





27.11.2015    çap et  çap et