525.Az

"Abituriyent" jurnalının 11-ci sayı dərc olunub


 

"Abituriyent" jurnalının 11-ci sayı dərc olunub<b style="color:red"></b>

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında yüksək nəticə göstərərək Prezident təqaüdünə layiq görülmüş gənclərin ictimaiyyətə tanıdılması, təcrübələrinin öyrənilməsi və yayılması məqsədilə "Abituriyent" jurnalının 11-ci sayını onlara həsr edib.

TQDK-nın mətbuat xidmətindən  verilən xəbərə görə, jurnalda ən yüksək nəticəli tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2015-cü il tarixli Sərəncamı, TQDK-nın sədri Məleykə Abbaszadənin təbrik və tövsiyələri, ən yüksək nəticə göstərən gənclərlə müsahibələr, onlarla aparılan anket sorğusunun nəticələri, onların arzu, rəy və təklifləri dərc olunub.

Jurnalda, Prezident təqaüdçüləri haqqında məlumat, onların bitirdikləri məktəb, qəbul olduqları ixtisaslar haqqında məlumatlar verilib.

Digər 600-dən çox bal toplayan abituriyentlər haqqında məlumatların da əks olunduğu materiallar jurnalın elektron (internet) versiyasında təqdim olunub.

Jurnalı www.abiturient.az saytından sifariş etmək və ya TQDK-nın Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28. ünvanında yerləşən binasındakı "Abituriyent" satış köşkündən əldə etmək olar.

Jurnalın elektron (internet) versiyasını www.abiturient.az saytından pulsuz yükləyə bilərsiniz.

Vəfa MƏMMƏDLİ

 





27.11.2015    çap et  çap et