525.Az

“Mədəni Vətəndaş” layihəsi çərçivəsində növbəti təlim proqramı


 

“Mədəni Vətəndaş” layihəsi çərçivəsində növbəti təlim proqramı<b style="color:red"></b>

Azəri Yurdu Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AzGF) dəstəyi ilə 7-ci qrant müsabiqəsində çərçivəsində A kateqoriyası üzrə “Mədəni Vətəndaş” adli layihəsinin icrasına başlayıb.

Birilikdən 525.az-a verilən məlumata görə, layihənin məqsədi gənclərin və yeniyetmələrin daha etik, anlaşıqlı və mədəni yetişməsində yardımçı olmaq, gənc yaşlarından etik dəyərləri daha güclü formalaşdırmaq və ictimai davranış normalarını cəmiyyətə çatdırmaqdır.

Layihə çərçivəsində Bakı şəhərində yerləşən bir neçə ali təhsil müəssisələrində gənclər arasında mədəni dəyərlərin təbliği, şəhər nəqliyyatında, yollarda, park və xiyabanlarda ictimai davranış qaydalarının təbliğini məqsədilə gənclərin daha mədəni vətəndaş kimi formalaşması naminə təlim proqramları və seminarlar həyata keçirilməsi nəzərdə tutulur.

"Kulturologiya və multikulturalizm: vətəndaş mədəniyyətinin formalaşdırılması" mövzusunda növbəti təlim proqramı noyabrın 26-da Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında baş tutub.
 
Təlim proqramında Akademiyanın Tələbə Gənclər Təşkilatının fəal üzvləri, Akademiyada təhsil alan tələbələr və ekspert qismində qonaqlar iştirak edib.

Tədbiri giriş sözü ilə açan birliyin sədri Mirəli Mahmudov keçirilən layihənin məqsədi haqqında ətraflı məlumat verib və gənclər arasında bu mövuda maarifləndirmə işlərinin apararılmasının zəruri olduğunu qeyd edib.

Daha sonra çıxış edən Akademiyanın prorektoru Sirac Məmmədov belə tədbirin universitet və digər təhsil ocaqlarında keçirilməsinin vacibliyini vurğulayıb.

Təlim proqramında məruzəçi qismində iştirak edən kulturoloq Fuad Məmmədov belə layihələrin təqdirəlayiq olduğunu vurğulayıb, kulturologiya sahəsində təcrübələrini gənclərlə bölüşüb.

Daha sonra iştirakçılar arasında mövzu ətrafında geniş fikir mübadiləsi olub.

Cavid QƏDİR

 





27.11.2015    çap et  çap et