525.Az

Gəncədə maarifləndirici tədbir


 

Gəncədə maarifləndirici tədbir<b style="color:red"></b> Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Gəncə şəhər Qazaxlar  məscidi dini icmasının həyata keçirdiyi “Müasir gəncliyin ənənəvi İslamda rolu” layihəsi çərçivəsində noyabrın 27-də “Radikalizmə qarşı mübarizədə dini icmaların rolu” mövzusunda üçüncü maarifləndirici tədbir keçirilib.

Komitədən 525.az-a verilən məlumata görə, Gəncə şəhər Həzrəti Zeynəb məscidində təşkil edilmiş tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif  Əliyev, dini icmanın sədri Rahil İsmayılov, DQİDK-nın Dini Qurumlarla iş üzrə şöbəsinin əməkdaşı İlkin Abbasov, Dini maarifləndirmə işinin təşkili şöbəsinin əməkdaşı Namik Talıbov, Həzrəti Zeynəb məscidi dini icmasının sədri Rahilə İsmayılova, dindarlar və dini icmanın üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev Dövlət Komitəsinin ümumilikdə respublikada, eyni zamanda Gəncə bölgəsində dini maarifləndirmə sahəsində gördüyü işlərdən danışıb.

Asif Əliyev bildirib ki, layihə çərçivəsində  sağlam dini biliklərə söykənən silsilə maarifləndirmə tədbirləri həyata keçiriləcək.

Tədbirdə çıxış edən Gəncə şəhər Qazaxlar məscidi dini icmasının sədri Rahil İsmayılov layihə çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin əhəmiyyətindən söhbət açıb.

Tədbirdə ekspert qismində çıxış edən DQİDK-nin Dini Qurumlarla iş üzrə şöbəsinin əməkdaşı İlkin Abbasov və Dini maarifləndirmə işinin təşkili şöbəsinin əməkdaşı Namik Talıbov dini maarifləndirmə sahəsində görülən  işlərin vacibliyindən danışaraq bu mövzunun mühümlüyünü xüsusi qeyd ediblər.

Tədbirdə torpaqlarımızın azad edilməsi üçün dualar oxunub, şəhidlərimizin xatirəsi hörmətlə yad edilib.
 





27.11.2015    çap et  çap et