525.Az

Kino günlərində vətənpərvərlik mövzusu


 

Kino günlərində vətənpərvərlik mövzusu<b style="color:red"></b>

Mədəniyyət və Turizm Nazirliyi və Cəfər Cabbarlı adına  “Azərbaycanfilm” kinostudiyasının birgə keçirdiyi “BİZİM KİNO GÜNLƏRİ - Audiovizual məkanda  peşəkarlıq” layihəsi  günümüzün ən əhəmiyyətli və aktual  olan vətənpərvərlik mövzusuna həsr olunacaq.

Nazirlikdən 525.az-a verilən məlumata görə, bu dəfə milli  kinomuzda vətənpərvər müasirimizin obrazının yaradılması, Qarabağ müharibəsinin qəhrəmanlıq səhifələrinin bədii və sənədli kino dili ilə canlandırılması, vətənpərvərlik filmlərimizin kinoteatrlarda və televiziya müstəvisində yayımlanması ətrafında müzakirələr aparılacaq.

Layihənin üçüncü mərhələsində kinomanların və medianın “hədəfi” rejissor   Elxan  Cəfərovun  “Yarımçıq xatirələr” filmidir.

Xatırladaq ki, “BİZİM KİNO GÜNLƏRİ - Audiovizual məkanda peşəkarlıq” layihəsinin artıq iki görüşü keçirilib.
Layihə çərçivəsində “Azərbaycanfilm” kinostudiyasında son zamanlar çəkilən filmlər bütün kinoteatrlarda nümayiş etdirilir.

Sırada daha bir görüş və müvafiq mövzu ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

Təqdimata kino ictimaiyyəti, nümayiş olunacaq filmin yaradıcı heyəti və  media nümayəndələri dəvətlidir.

Cavid QƏDİR

 





27.11.2015    çap et  çap et