525.Az

Putin Ərdoğanla təmasdan niyə yayınır?


 

Putin Ərdoğanla təmasdan niyə yayınır?<b style="color:red"></b>

"Türkiyə rəhbərliyi "Su-24"lə bağlı üzrxahlıq etmədiyindən Kreml rəsmi Ankara ilə təmaslardan yayınır".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov "Rusiya rəhbərliyi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşmək təklifinə niyə cavab vermir" sualına cavabında deyib.

"Türkiyə tərəfdən təyyarə olayı ilə bağlı adi üzrxahlıq etməyə hazırlığın olduğunu da görmürük", - Y.Uşakov vurğulayıb.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə mövcud gərginliyə dair məsələləri üz-üzə müzakirə etmək istədiyini bildirib.

 





27.11.2015    çap et  çap et