525.Az

Gürcüstanın Azərbaycandakı səfiri geri çağırıldı


 

Gürcüstanın Azərbaycandakı səfiri geri çağırıldı<b style="color:red"></b> Gürcüstan Prezidenti xarici işlər nazirinin 15 ölkədən və 2 beynəlxalq təşkilatdan səfirlərin geri çağırılması barədə müraciətini təmin edib.

Trend-in məlumatına görə, Prezident Mixail Saakaşvilinin Administrasiyasının nümayəndələri jurnalistlərə bildiriblər ki, söhbət daha əvvəl dövlət başçısının göndərdiyi və xarici işlər nazirinin məktubunda adı çəkilən diplomatlardan gedir.

Belə ki, ABŞ-dakı səfir Temuri Yakobaşvili, BMT-dəki daimi nümayəndə Kaxa Lomaya, Belçika və Aİ-dəki səfir Salome Samadaşvili, Avropa Şurasında daimi nümayəndə Mamuka Jqenti, habelə Böyük Britaniya, Almaniya, Bolqarıstan, Litva, Azərbaycan, Qazaxıstan, Türkiyə və Çindəki səfirlər geri çağırılıb.

Daha 5 səfir səlahiyyət müddətləri başa çatdığına görə geri çağırılıb. Bunlar Ukrayna, Latviya, Çexiya, Macarıstan və Avstriyadakı (həmçinin ATƏT-də daimi nümayəndə) səfirlərdir.
Gürcüstanın təqribən 60 ölkədə diplomatik nümayəndəliyi var və ölkə qanunlarına əsasən, səfirlərin geri çağırılması və təyinatını Prezident xarici işlər naziri ilə razılaşdırmaqla həyata keçirir.
 





16.01.2013    çap et  çap et