525.Az

Tofiq Hacıyevlə vida mərasimi başlayıb


 

Tofiq Hacıyevlə vida mərasimi başlayıb<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyevlə vida mərasimi başlayıb.

"Report" xəbər verir ki, vida mərasimində Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev, akademik İsa Həbibbəyli, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, institut direktorları, elm xadimləri, ailə üzvləri və başqaları iştirak edir.

Xatırladaq ki, mərhum vida mərasimindən sonra II Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, akademik Tofiq Hacıyev və həyat yoldaşı Tamara Hacıyeva dünən səhər saatlarında dəm qazından zəhərlənmişdi. Hadisə nəticəsində akademik dünyasını dəyişmişdi. Onun həyat yoldaşı isə hazırda xəstaxanadadır.

 





28.11.2015    çap et  çap et