525.Az

Belarusda İlham Əliyevin rəsmi qarşılanma mərasimi


 

Belarusda İlham Əliyevin rəsmi qarşılanma mərasimi <b style="color:red"></b>

Belarusda rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilib.

APA-nın “belta.by” saytına istinadən verdiyi xəbərə görə, mərasimin keçirildiyi Müstəqillik Sarayının qarşısında Azərbaycan və Belarusun bayraqları qaldırılıb. Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İlham Əliyev sarayın Qış bağının girişində Belarus prezidenti Aleksandr Lukaşenko tərəfindən qarşılanıb.

Əvvəlcə Azərbaycanın, sonra Belarusun dövlət himnləri səsləndirilib.
 
Qeyd edək ki, prezidentlərin ikitərəfli və geniş formatda keçirəcəkləri görüşlərin yekunu olaraq birgə Bəyannamə imzalanacaq.

 





28.11.2015    çap et  çap et