"Barselona"nın futbolçusu Luis Suares "Qızıl top" mükafatının finalına layiq gördüyü oyunçuların adlarını açıqlayıb.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, ilk üçlüyə "Real"ın hücumçusu Kriştiano Ronaldonu daxil etməyib:
"Finala Lionel Messi, Neymar və Tomas Müllerin layiq olduğunu düşünürəm. Ronaldo da yaxşı idi, ancaq ondan daha yaxşıları var".