525.Az

​Özbəkistanda Bəxtiyar Vahabzadə anıldı


 

​Özbəkistanda Bəxtiyar Vahabzadə anıldı<b style="color:red"></b>

Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetindəki Azərbaycan mədəniyyəti və ədəbiyyatı mərkəzində Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr olunmuş "Azərbaycan poeziyasının klassiki - Bəxtiyar Vahabzadə" adlı tədbir keçirilib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən "Report"a verilən məlumata görə, tədbirdə əvvəlcə şairə həsr olunmuş sənədli film nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov Azərbaycan ədəbiyyatına Özbəkistanda böyük maraq olduğunu, özbək və Azərbaycan xalqlarının ədəbi-mədəni əlaqələrinin uğurla inkişaf etdiyini bildirib. O, Bəxtiyar Vahabzadənin əziz xatirəsinin qardaş Özbəkistanda hörmətlə anıldığını diqqətə çatdırıb.

Mərkəzin direktoru Samir Abbasov çıxışında Azərbaycan ədəbiyyatının inkişafına mühüm töhfələr verən, bu istiqamətdə müstəsna xidmətləri olan Bəxtiyar Vahabzadə yaradıcılığı haqqında danışıb, şairi çağdaş Azərbaycan milli şeirinin klassiki adlandırıb.

Çıxışlardan sonra Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin ədəbiyyat fakültəsinin tələbələrinin Bəxtiyar Vahabzadənin Azərbaycan və özbək dillərində şeirlərindən hazırlanmış ədəbi kompozisiya nümayiş olunub.

 





28.11.2015    çap et  çap et