525.Az

Muzey işçilərinin respublika müşavirəsi keçiriləcək


 

Muzey işçilərinin respublika müşavirəsi keçiriləcək<b style="color:red"></b> Azərbaycanda fəaliyyət göstərən muzeylərin kollektivləri bir araya toplanır.

525.az-ın məlumatına görə, noyabrın 30-da Muzey işçilərinin respublika müşavirəsi keçiriləcək. Beynəlxalq Muğam Mərkəzində baş tutacaq tədbir Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə keçirilir.

Müşavirədə muzey sahəsində görülmüş işlərin və gələcək planların müzakirəsi nəzərdə tutulub.

Müşavirəyə kütləvi informasiya vasitələrinin nümayəndələri də dəvət edilib.

Cavid QƏDİR
 





28.11.2015    çap et  çap et