525.Az

Hərbçilərimiz NATO-nun tədbirində iştirak edəcək


 

Hərbçilərimiz NATO-nun tədbirində iştirak edəcək<b style="color:red"></b>

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirdə iştirak edəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, noyabrın 30-dan dekabrın 4-dək Sarayevo şəhərində (Bosniya və Herseqovina) NATO-nun 2-ci regional kollektiv təlim planlaşdırma kursu, noyabrın 30-dan dekabrın 5-dək Belqrad şəhərində (Serbiya) ATƏT-in nazirlər şurasının növbəti görüşü, noyabrın 30-dan dekabrın 11-dək Vişkov şəhərində (Çexiya Respublikası) sülhü dəstəkləmə əməliyyatlarının planlaşdırılması və qiymətləndirilməsi üzrə təlim kursu keçiriləcək.

 





28.11.2015    çap et  çap et