525.Az

“Ulduz”un noyabr sayında...


 

 “Ulduz”un noyabr sayında...<b style="color:red"></b>

Bugünlərdə “Ulduz” jurnalının noyabr sayı işıq üzü görüb.
 
Dərgi filologiya elmləri doktoru Gülşən Əliyeva-Kəngərlinin oktyabr sayı ilə bağlı qələmə aldığı “Hər çapında xüsusi çəki sərgiləyən jurnal” ekspert yazısı ilə açılır: “Ulduz”un bu sayı ilə tanış olan oxucu çağdaş Azərbaycan ədəbi prosesində nələr baş verdiyini aydın təsəvvür edə bilər”.
 
Ekspert yazıya sözardı olaraq - təhlil etdiyi “Ulduz” jurnalının səhifələrində qayəçi ruhu, həyat və tale məsələlərinə sirayətetmə ilə təzahürdə gördüyünü qeyd edib: “Jurnalın bu sayı qələm sahiblərinin yaradıcılığına önəm verən faktoloji zənginliklə diqqətimizi çəkdi”. 

Ekspert yazısını Müşfiq Xanın “Özüylə söhbəti” və “Velosiped” hekayəsi izləyir.

“Şeir vaxtı” bölməsində şairlər Əbülfət Mədətoğlu, Əli Aslanoğlu, Zərəngiz Dəmirçi Qayalı, Nazilə Gültacın şeirləri yer alıb.

Sadıq Elcanlının “Yovşanlı yamacın qürub çağında”, “Susqun səsin soyuğu”, “Quzey qarının qarısı”, Pərvanə Rəhimlinin “Dönüş”, Mətanət Ulu Şirvanlının “Avtobus sərgüzəşti”, eləcə də gənc qələm sahibləri Nərgizin “Kölgə” və Çinarə Nüsrətlinin “Şaxta həkim” hekayələri də jurnalın bu sayında verilib.

“Tərcümə saatı” bölməsində tanınmış rus şairi Tatyana Umarovanın şeirləri şair İbrahim İlyaslının tərcüməsində təqdim edilib.

“9x9” rubrikasında jurnalın əməkdaşı Fərqanə Mehdiyevanın bölgələrdə yaşayan istedadlı gənc yazarlara ünvanladığı sual-cavab xarakterli maraqlı materialı öz əksini tapıb. 

Jurnalın bu sayında həmçinin Elmar Vüqarlının təqdimatında “Quşların dili”ndən bəhs edilib, Leyla Camalın “Yerə düşməyən göz yaşım”, “Sirli xəstəlik” esseləri dərc olunub.

“Qısa fikirlər xəzinəsi”ndə bu dəfə Amerikanın tanınmış  musiqiçisi Bob Marley və Böyük Britaniyanın məşhur yazıçısı və aktyoru Stephen Frunun dəyərli aforizmləri Pəri Mirəliyevanın tərcüməsində oxuculara təqdim edilib. Bob Marleyin həqiqət, sevgi, azadlıq, köləlik, keçmiş, gələcək, ölüm barəsində özünəməxsus yanaşması diqqəti çəkir”. Stephen Frunun aforizmlərində ironik çalar daha çox nəzərə çarpır”.

“Ulduz”un budəfəki “Hücrə”sində Qəşəm Nəcəfzadə gənc şair Əntiqə Səməndərin şeirləri ilə bağlı fikirlərini “Bütün xoşbəxtliklər bədbəxtliyin ovcundadır” yazısında ifadə edib.

 “142-ci teatr mövsümü”nün “Sən həmişə bizimləsən, “Boy çiçəyi” ilə “açılışında” tələbə-teatrşünas Əli Hacılı ilə söhbəti təqdim olunub.

“Dərgidə kitab”da bu dəfə “Hörümçək zaman” layihəsi ilə şair Elşad Ərşadoğlu qonaq olub.

Bu nömrədə Sona Xəyal “Vahidin gənclik şeirləri”ndən söhbət açıb.

Jurnalı alanlar görkəmli ədəbiyyatşünas alim Nizami Cəfərovun “Elçin. Portret cizgiləri”, həmmüəllifi olduğu “Atatürkün Azərbaycan siyasəti” və Rahid Uluselin “Türkşünaslıq və azərbaycanşünaslığın dialektikası” kitablarını hədiyyə kimi əldə edəcəklər.

S.ABDULLAYEVA

 





28.11.2015    çap et  çap et