525.Az

Nardaran qəsəbəsində telefon və su problemi yaranması ilə bağlı məsələyə aydınlıq gətirilib


 

Nardaran qəsəbəsində telefon və su problemi yaranması ilə bağlı məsələyə aydınlıq gətirilib<b style="color:red"></b> Bakının Nardaran qəsəbəsində sakinlərin telefon rabitəsində yaranan məhdudiyyət borcla bağlı deyil.
 

Bunu “APA-Economics”ə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktorun müavini Xankişi Kişiyev bildirib.
 
Onun sözlərinə görə, qəsəbədə olan telefon stansiyasına elektrik enerjisi verilmədiyi üçün stansiyanın fəaliyyəti dayanıb: “Stansiyaya elektrik enerjisi kəsilib. Onun da batareyası tükənib”.
 
"Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı isə “APA-Economics” qəsəbənin suyunun kəsilmədiyini bildirib. O, bu barədə yayılan məlumatların həqiqətəuyğun olmadığını bildirib.
 





28.11.2015    çap et  çap et