525.Az

Türkiyə XİN: "İtaliyada tutulan silahlar qanuni yolla satılıb"


 

Türkiyə XİN: "İtaliyada tutulan silahlar qanuni yolla satılıb"<b style="color:red"></b>

İtaliya qvardiyası tərəfindən ölkənin şimalında tapılan silahlar Türkiyədə istehsal olunub və qanuni yolla Belçikaya satılıb.

"Report"un "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə XİN rəsmisi Tanju Bilgiç bildirib.

Onun sözlərinə görə, Türkiyədən qanuni yolla silah idxal edən şirkət İtaliyada tranzit sənədləşməsi aparmayıb və bu səbəblə problemlə üzləşib.

Qeyd edək ki, Trieste limanında tutulan yük maşınında 781 ədən "Winchester" tipli tüfəng aşkarlanıb.

 





29.11.2015    çap et  çap et