525.Az

Kadırov: "Türkiyə Rusiya təyyarəsini ABŞ-ın göstərişi ilə vurub"


 

Kadırov: "Türkiyə Rusiya təyyarəsini ABŞ-ın göstərişi ilə vurub"<b style="color:red"></b>

Çeçenistan rəhbəri Ramzan Kadırov Türkiyəni "İŞİD" terror qruplaşması ilə iş birliyində ittiham edib.

"Report" xəbər verir ki, bu barədə o, şəxsi "Instagram" səhifəsində yazıb.

"Ankaranın terrorçularla biznes əlaqələri var və onlardan neft alır. Bu gün Türkiyə terrorçuların cəlb edilməsi və Suriyaya göndərilməsi üçün bazaya çevrilib, dünyanın hər yerindən quldurlar ora Türkiyə vasitəsilə gedirlər", - deyə Kadırov yazıb.

Onun sözlərinə görə, Türkiyə Suriyada Rusiyaya məxsus "Su-24" təyyarəsini ABŞ-ın göstərişi ilə vurub.

 





29.11.2015    çap et  çap et