525.Az

Rusiyada Türkiyə yurisdiksiyasında olan təşkilatların fəaliyyətinə qadağa


 

Rusiyada Türkiyə yurisdiksiyasında olan təşkilatların fəaliyyətinə qadağa <b style="color:red"></b> Rusiya prezidenti Vladimir Putin ölkə ərazisində Türkiyə yurisdiksiyasında olan təşkilatların fəaliyyətinə qadağa qoyulmasına və ya məhdudlaşdırılmasına dair göstəriş verib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidmətinin məlumatında bildirilir. 
 
“Türkiyə yurisdiksiyasında olan təşkilatların gördüyü müəyyən işlərə (göstərdiyi müəyyən xidmətlərə) qadağa qoyulsun və ya məhdudlaşdırılsın. Bu işlərin (xidmətlərin) siyahısı Rusiya hökuməti tərəfindən müəyyənləşdirilir”, deyə məlumatda bildirir. 
 
Rusiya prezidenti həmçinin Türkiyədən malların Rusiyaya gətirilməsinə qadağa qoyulmasına dair göstəriş verib.
 
Qeyd edək ki, V.Putin Türkiyəyə qarşı xüsusi iqtisadi tədbirlər haqqında fərman imzalayıb.
 





29.11.2015    çap et  çap et