525.Az

SAM nümayəndə heyəti Ciddəyə gedir


 

SAM nümayəndə heyəti Ciddəyə gedir<b style="color:red"></b> Dekabrın 1-i və 2-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığına (Ciddə şəhəri) səfər edəcək. 
 

Mərkəzdən 525.az-a verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə SAM-ın direktor müavini Gülşən Paşayeva və Xarici siyasət məsələlərinin təhlili şöbəsinin aparıcı elmi işçisi Kamal Makili Əliyev daxildir.
 
Səfərin ilk günü SAM-ın nümayəndə heyətinin Kral Əbdüləziz Universitetinin Strateji Araşdırmalar Mərkəzi ilə tanışlığı, Mərkəzin direktoru İbrahim Kutubi və daha sonra Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Rasim Rzayevlə görüşləri nəzərdə tutulub.
 
Dekabrın 2-də Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyi, İslam Əməkdaşlıq Təşkilatı və SAM-ın birgə təşkilatçılığı ilə  "İslam Əməkdaşlıq Təşkilatının Dağlıq Qarabağ münaqişəsinin həllinə təsiri: keçmiş səylər və gələcək imkanlar" mövzusunda simpozium keçiriləcək.
 
Simpoziumda “Dağlıq Qarabağ münaqişəsinin həllində İƏT-in rolu: müşahidəçi təşəbbüslərdən fəal iştirakçı roluna” və “Beynəlxalq hüququn özünü doğrultmamasından sonra İƏT üzv dövlətlərinin Dağlıq Qarabağ münaqişəsinin həllinə gələcək tövhələri” mövzularında müzakirələr planlaşdırılır. 

Cavid QƏDİR
 





30.11.2015    çap et  çap et