525.Az

Əsgərimiz yaralandı


 

Əsgərimiz yaralandı<b style="color:red"></b>

Düşmənlə döyüşdə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Nəsibov Bəhruz Sahib oğlu sol qolundan yüngül yaralanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, ilkin tibbi yardım göstərildikdən sonra yaralı əsgər tibb müəssisəsinə təxliyə edilib, sağlamlığına heç bir təhlükə yoxdur və həkimlərin nəzarəti altındadır.

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan ordusu bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən hərəkətinin qarşısını qətiyyətlə almağa hazırdır.

 





30.11.2015    çap et  çap et