525.Az

"İqlim dəyişməsi probleminin yaranmasında lider dövlətlərin məsuliyyəti böyükdü"


 

"İqlim dəyişməsi probleminin yaranmasında lider dövlətlərin məsuliyyəti böyükdü"<b style="color:red"></b>

"Bəşəriyyəti narahat edən iqlim dəyişməsi artıq çox ciddi problemə çevrilib".

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovrəsmi "twitter" səhifəsində yazıb.

O qeyd edib ki, bu problemin yaranmasında inkişaf etmiş lider dövlətlərin məsuliyyəti böyükdür:
 
"İqlim dəyişməsinə əsas səbəblərdən biri sənayedə bir sıra faktorların nəzərə alınmamasıdır. Lider dövlətlər bilə-bilə bunun qarşısını almaq üçün addımlar atmırlar. Güclü iqtisadiyyatı olan dövlətlər ekoloji vəziyyəti nəzərə almırlar. Bu problemin qarşısını almaq üçün lider dövlətlər iqtisadi maraqlarından keçmək istəmirlər".

Bu gün Parisdə BMT-nin iqlim dəyişikliyi üzrə 21-ci konfransı (COP21) başlayır. Forumun işində 150-yə yaxın dövlət və hökumət başçıları  iştirak edəcək.

 





30.11.2015    çap et  çap et