525.Az

Heydər Əliyev Fondu Pakistanda humanitar tədbirləri davam etdirir


 

Heydər Əliyev Fondu Pakistanda humanitar tədbirləri davam etdirir<b style="color:red"></b>

Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistan İslam Respubliaksının Pəncab əyalətinin Lahor şəhərində “Edhi Homes” kimsəsiz uşaqlar evində humanitar tədbir keçirilib.

Tədbirdə Gömrük və Vergi naziri Muctaba Şuca-ur-Rehman, Sülh və Diplomatik Tədqiqatlar İnstitutunun direktoru Məhməmməd Asif Nur, “Edhi Homes” kimsəsiz uşaqlar evinin rəhbərliyi, burada məskunlaşan kimsəsiz uşaqlar və media nümayəndələri iştirak ediblər.

Lahor şəhərində təşkil olunmuş tədbirddə çıxış edən səfir Daşqın Şikarov Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan və Pakistan arasında  münasibətlərin ən yüksək səviyyədə olmasından danışıb.

Səfir, Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın bütün əyalətlərində həyata keçirilən səhiyyə, təhsil, silsilə humanitar yardımlar proqramının icra edildiyini qeyd edərək, Azərbaycanın birinci xanımının, xüsusilə, kimsəsiz uşaqlara hər zaman diqqət və qayğı göstərdiyini bildirib.

Tədbirdə Ali qonaq qismində çıxış edən gömrük və vergi naziri Muctaba Şuca-ur-Rehman kimsəsiz uşaqlara Azərbaycan-Pakistan əlaqələrinin tarixi əsaslarından, Azərbaycanın  Pakistan xalqına xüsusi sevgisindən bəhs edib, kimsəsiz uşaqlara Azərbaycanı gələcəkdə tədrislərində daha yaxından öyrənilməsini və sevilməsini söyləyib.
 
O, bu cür tədbirlərin Pakistanın bütün əyalətlərində hər il keçirilməsinə və hər zaman ən çətin günlərdə Pakistanın yanında olduğuna görə Azərbaycan xalqına, dövlətinə, prezident İlham Əliyevə, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Pakistan xalqı adından öz dərin minnətdarlığını bildirib

Nazir Heydər Əliyev Fondunun prezidentini, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın bütün əyalətlərində həyata keçirilən bu kimi humanitar və sosial tədbirlərin iki qardaş ölkə arasında mövcud olan qardaşlıq münasibətlərinin inkişafına xüsusi töhfə verdiyini vurğulayıb.

Sülh və Diplomatik Tədqiqatlar İnstitutunun direktoru, Məhməmməd Asif Nur öz çıxışında Heydər Əliyev Fondu tərəfindən Pakistanın bütün bölgələrində həyata keçirilmiş humanitar tədbirlər haqqında məlumat verib, bu kimi silsilə tədbirlərin Pakistan üçün əhəmiyyətini xüsusilə qeyd edib.

Asif Nur həmçinin, 2012-2015-cü illərdə Ramazan ayında Pakistanın bütün əyalətlərində - Bəlucistanda, Pəncabda, Sinddə, Xeybər Pakthunvada  kimsəsiz uşaqlar və ahıllar üçün iftar süfrələrinin təşkil edildiyini, Qurban bayramı münasibətilə yüzlərlə iribuynuzlu qurbanlıq heyvanların kəsilərək əhalinin kasıb təbəqələrinə paylanıldığını vurğulayaraq, Azərbaycan xalqına və dövlətinə dərin təşəkkürünü bildirib.

Daha sonra səfir Daşqın Şikarov və Nazir Muctaba Şuca-ur-Rehman Heydər Əliyev Fondu adından kimsəsiz uşaqlara təhsil ləvazimatları və müxtəlif hədiyyələr paylayıblar.
 
Tədbirin sonunda Səfir D.Şikarov və Nazir Şuca-ur-Rehman  televiziya kanallarına və media nümayəndələrinə müsahibələr veriblər.

Nazir müsahibəsində 2012-2015-ci illərdə  Azərbaycanın birinci xanımının təşəbbüsü ilə Pakistanın bütün bölgələrində səhiyyə, təhsil və bir sıra humanitar layihələrin icra edildiyini qeyd etmişdir.

O bildirib ki, Edhi Home kimsəsizlər evlərində, Akbar Care, Serebral iflic, Lakki Marvat, uşaq və qadın, Peşavar, Kulsum İnternational klinikalarında hepatit B virusuna qarşı peyvəndləşdirmələr, müayinələr, açıq ürəkdə əməliyyatlar aparılıb, Saif  Fonduna maddi yardımlar edilib.

Eyni zamanda, Həmzə xeyriyyə fonduna xüsusi qanköçürmə laboratoriyası ilə təchiz olunmuş “Suzuki” markalı təcili tibbi yardım avtomobili və minlərlə qan köçürmə paketi hədiyyə edilib, Xayber Göz klinikasının yeni blokunun və gözləmə otaqlarının inşasına, İslamabad şəhəri Talasemiya mərkəzinin tikintisinə maliyyə və texniki yardimlar edilib.

Nazir, 2014-cü ildə  xanım Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Dera İsmail Xan bölgəsində “Heydər Əliyev Su Təhcizatı”, 2015-ci ildə isə Qucarxanda "20 Yanvar Şəhidlər su təhcizatı" layihələrinin həyata keçirildiyini qeyd edib, bunun nəticəsində ərazidə yaşayan on minlərlə insanın içməli su ilə təmin olunduğnu bildirib.

Gömrük və Vergi naziri Muctaba Şuca-ur-Rehman, Pakistanda həyata keçirilən humanitar layihələrə görə 2012-ci ildə Azərbaycanın birinci xanımının “Humanizm simvolu-2012-ci ilin qadını”, 2013-cü ildə “Şəhid Bənazir Bhutto”mükafatları, 2015-ci ildə Pakistanın ali - “Hilale-Pakistan”  ordeni ilə təltif olunduğunu bildirib. 

Kütləvi İnformasiya Vasitələrinin nümayəndələrinə müsahibə verən Səfir Azərbaycan-Pakistan dostluğu, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu xarici siyasət, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti haqqında məlumat vermiş, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə keçirilən bu kimi humanitar tədbirlərin iki qardaş xalq arasında mövcud olan qardaşlıq münasibətlərinin daha da dərinləşməsinə təkan verdiyini bildirib.
 
Səfir, “Dağlıq Qarabağ” məsələsində Pakistanın daim Azərbaycanın yanında olduğunu qeyd etmiş, Ermənistan tərəfindən tarixi Azərbaycan torpaqlarının işğalı, həmçinin, Azərbaycan xalqına qarşı törətdilən soyqrım faktına görə Pakistanın Ermənistanı dövlət kimi tanımamasını yüksək qiymətləndirərək Pakistan dövlətinə və xalqına dərin təşəkkürünü bildirib.

Cavid QƏDİR

 





30.11.2015    çap et  çap et