525.Az

Səfər ayı gələn həftə başa çatır


 

Səfər ayı gələn həftə başa çatır<b style="color:red"></b>

Dekabr ayının 2-də İslam aləmi İmam Hüseynin (ə) şəhadətinin qırxıncı gününü (Ərbəin günü) qeyd edəcək.

"Report" Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) istinadən məlumat verir ki, Ərbəin günü 1437-ci il hicri-qəməri təqvimi ilə səfər ayının 20-də qeyd olunacaq.

Hicri-qəməri təqvimi ilə səfər ayının 28-də (miladi təqvimi ilə 10 dekabr) Həzrəti Məhəmməd peyğəmbərin (s) vəfatı günüdür.

Səfər ayının 30-u, yəni son günü miladi təqvimi ilə dekabrın 12-nə təsadüf edir.

Qeyd edək ki, məhərrəm və səfər ayları ərzində Azərbaycan əhalisinin böyük əksəriyyəti toy, nişan, elçilik kimi mərasimlər keçirmir.

 





30.11.2015    çap et  çap et