525.Az

İkicildli “Müasir Azərbaycan ədəbiyyatı” Moskvada


 

İkicildli “Müasir Azərbaycan ədəbiyyatı” Moskvada<b style="color:red"></b>

Azərbaycan Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin ikicildli “Müasir Azərbaycan ədəbiyyatı” (nəsr və poeziya) antologiyası işıq üzü görüb.

Mərkəzdən 525.az-a verilən məlumata görə, Moskvanın “U Nikitskix vorot” nəşriyyatı tərəfindən nəfis tərtibatla nəşr olunmuş ikicildlikdə Azərbaycanın məşhur yazıçı və şairləri ilə yanaşı, müasir ədəbi gəncliyin nümayəndələri də təmsil olunur.

İkicildlik Azərbaycan ədəbiyyatının beynəlxalq aləmdə tanıdılması və təbliği ilə bağlı Mərkəzin həyata keçirdiyi irimiqyaslı “Milli Ədəbiyyatın Təbliği” layihəsi çərçivəsində nəşr olunub.

Hər iki kitabın önsözünün müəllifi, Rusiya Yazıçılar Birliyinin sədr müavini, tanınmış yazıçısı Valeri İvanov-Taqanskidir.

Kitabların təqdimat mərasiminin yaxın vaxtlarda Rusiya Yazıçılar Birliyinin iştirakı ilə Moskvada keçiriləcəyi nəzərdə tutulur.

Cavid QƏDİR

 





30.11.2015    çap et  çap et