525.Az

Opera və Balet Teatrında “İntizar”


 

Opera və Balet Teatrında “İntizar” <b style="color:red"></b>

Dekabrın 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadənin “İntizar” operasının tamaşası keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən 525.az-a verilən məlumata görə, bir neçə il bundan əvvəl yeni quruluşda səhnəyə qoyulmuş, 2014-cü ildə isə yeni redaksiyada tamaşaçılara təqdim edilən opera bütün zamanlar üçün aktual olan bir mövzuya – Xeyir və Şər qüvvələr arasında mübarizə, bunun nəticəsi olaraq günahsız insanların ölümü, yaxın qonşuların xəyanəti və s. həsr edilib. Tamaşada həmçinin təbiət gözəlliklərinin təsvirinə geniş yer verilib.

Opera tamaşasının libretto müəllifi professor Nərgiz xanım Paşayeva, yeni redaksiyanın rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, dirijor beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev, quruluşçu rəssam isə Xalq rəssamı Tahir Tahirovdur.

Tamaşada əsas rolları Xalq artisti Qərinə Kərimova, Əməkdar artistlər Gülnaz İsmayılova, Fərid Əliyev, Səbinə Vahabzadə, Fəridə Məmmədova, Əkrəm Poladov, gənc solistlər İlham Nəzərov, Fəhmin Əhmədli ifa edəcəklər.

Cavid QƏDİR

 





30.11.2015    çap et  çap et