525.Az

Bakıda yaşayan 2 erməni qadına Azərbaycanın şəxsiyyət vəsiqəsi verilib


 

Bakıda yaşayan 2 erməni qadına Azərbaycanın şəxsiyyət vəsiqəsi verilib<b style="color:red"></b>

Azərbaycanda yaşayan 2 erməni qadına Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi verilib.

APA-nın məlumatına görə, Azərbaycanda yaşayan Janna Şahmuradyan və qızı Nizami rayon Polis İdarəsinə qarşı şəxsiyyət vəsiqəsinin verilməsi barədə iddia ilə 1 saylı Bakı Yerli İnzibati-İqtisad Məhkəməsinə müraciət ediblər. Onlar iddiada qeyd ediblər ki, doğulandan Bakıda yaşayıblar və yaşayış yerini heç bir zaman tərk etməyiblər. Lakin Rayon Polis İdarəsi onlara şəxsiyyət vəsiqəsi verməkdən imtina edir. Məhkəmə onların iddiasını təmin edib və həmin şəxslərə şəxsiyyət vəsiqəsinin verilməsi barədə qərar qəbul edib.
 
Miqrasiya Mərkəzinin sədri Əlövsət Əliyev isə APA-ya açıqlamasında bildirib ki, həmin şəxslər artıq Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi ilə təmin olunublar

 





16.01.2013    çap et  çap et