525.Az

Nardarana giriş-çıxış bağlanıb


 

Nardarana giriş-çıxış bağlanıb<b style="color:red"></b> Bakının Nardaran qəsəbəsi istiqamətində giriş-çıxış bağlanıb.

“Report”un xəbərinə görə, ərazi ətrafına Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları və maşınları cəlb olunub.

Qeyd edək ki, noyabrın 26-da Daxili İşlər Nazirliyi (DİN) Nardaranda xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb.

Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb.

2 polis əməkdaşı həlak olub. Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülüb. Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib.

Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən cinayət işi başlanılaraq istintaq aparılır.
 





01.12.2015    çap et  çap et