525.Az

​Obama Ərdoğanla görüşəcək


 

​Obama Ərdoğanla görüşəcək<b style="color:red"></b>

ABŞ prezidenti Barak Obama çərşənbə axşamı səhər Parisdə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə, xüsusilə də, bu yaxınlarda Rusiya təyyarəsi ilə bağlı baş verən insidenti müzakirə etmək üçün görüşəcək.

"Report" xəbər verir ki, Amerika liderinin Ağ ev apparatında əsas xarici siyasət müşaviri Ben Rods bu barədə jurnalistlərə Fransa paytaxtında keçirilən və Vaşinqtonda yayımlanan mətbuat brifinqində məlumat verib.

"Prezident Obama çərşənbə axşamı səhər Türkiyə prezidenti Ərdoğanla ikitərəfli görüş keçirəcək", - deyə Rods bildirib və görüşün əvvəlcədən planlaşdırılması ilə bağlı əmin olmadığını ifadə edib.

Rods, həmçinin Parisdə baş tutan Rusiya və ABŞ prezidentlərinin görüşünə toxunub. Onun sözlərinə görə, Rusiya təyyarəsinin Türkiyə tərəfindən vurulması insidentini müzakirə edən zaman, Obama rusların ölməsi ilə bağlı heyfisləndiyini bildirib.

 





01.12.2015    çap et  çap et