525.Az

Ramil Usubov BMT nümayəndəsi ilə görüşüb


 

Ramil Usubov BMT nümayəndəsi ilə görüşüb<b style="color:red"></b>

Daxili İşlər Nazirli Ramil Usubov BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib.
 
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, qonağı salamlayan nazir onu yeni təyinat münasibətilə təbrik edib, BMT-nin Azərbaycandakı nümayəndəliyi ilə Daxili İşlər Nazirliyi arasındakı sıx əməkdaşlıq əlaqələrinin olduğunu xatırladıb. Təkcə son 3 ildə respublikada və ayrı-ayrı xarici dövlətlərdə təşkilatın təşəbbüsü ilə keçirilən müxtəlif tədbirlərdə 1000 nəfərdən çox əməkdaşın iştirak etdiyini bildirib.

Daha sonra qonağa kriminogen durumla bağlı məlumat verilib, dövlət müstəqilliyinin qorunub-saxlanılmasında, ictimai-siyasi sabitliyin bərpa olunub möhkəmləndirilməsində müstəsna rolu olmuş mərhum prezidenti Heydər Əliyevin rəhbərliyi ilə cəmiyyət həyatının bütün sahələrində, o cümlədən daxili işlər orqanlarında aparılan islahatlardan, həyata keçirilən tədbirlərdən, bütün bunların nəticəsi olaraq qazanılan uğurlardan danışılıb, bu siyasətin ölkə Prezidenti İlham Əliyev tərəfindən davam və inkişaf etdirildiyi vurğulanıb.

Daxili işlər naziri onu da bildirib ki, rəhbərlik etdiyi qurum insan və vətəndaş hüquq və azadlıqlarının təmini ilə bağlı ümumdövlət siyasətinin həyata keçirilməsinə, əməkdaşların peşə hazırlığı sisteminin təkmiləşdirilməsinə xüsusi önəm verir.

Görüşdə BMT-nin aidiyyatı qurumları ilə həyata keçirilən layihələr çərçivəsində operativliyin daha da artırılması, texniki və metodiki baxımdan xidməti fəaliyyətin möhkəmləndirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi sahəsində mühüm işlər görüldüyü qeyd olunub.

Səmimi qəbula və ətraflı məlumata görə təşəkkürünü bildirən Antonius Bernardus Bruk regional və qlobal miqyasda rolu artmaqda olan ölkəmizdə görülən işləri yüksək qiymətləndirib, xarici ölkə vətəndaşlarının da tam təhlükəsiz mühitdə yaşayıb fəaliyyət göstərdiklərini vurğulamış və yaradılan şəraitə görə ölkə və DİN rəhbərliyinə minnətdarlığını bildirib.

Görüşdə tərəflər arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanmış, bir sıra digər məsələlər də müzakirə edilib.

 





16.01.2013    çap et  çap et