525.Az

Putin prezidentlərlə niyə şəkil çəkdirməyib?


 

Putin prezidentlərlə niyə şəkil çəkdirməyib? <b style="color:red"></b>

Rusiya prezidenti Vladimir Putin iqlim sammitinə gecikməyini iş qrafiki ilə izah edib.

"Report" TASS-a istinadən xəbər verir ki, o, bunun sırf texniki problem olduğunu bildirib.

"Mənim şəkilçəkdirmə və hansısa dini mərasimdə iştirak etməməyim, təkrar edirəm, sırf texniki xarakterli məsələ idi. Bu, iş qrafiki və bizim bu gün burada həm sessiyada (İqlim konfransı), həm də ikitərəfli görüşlərdə deməli olduğumuz bütün detalların sonadək həmkarlarla müzakirə edilməsi zərurəti ilə bağlı idi", - deyə o, Parisə səfərinin yekununda jurnalistlərin diqqətinə çatdırıb.

Putin Parisə digər liderlərdən bir qədər sonra gəlib və şəkilçəkdirmə mərasimi ilə terror aktı qurbanlarının xatirəsinə bir dəqiqəlik sükutu buraxmalı olub.

Bu, insanların Putinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşdən yayınmaq üçün bu cür davrandığını güman etməsinə əsas verib.

 





01.12.2015    çap et  çap et