525.Az

Putin təəssüf edir


 

Putin təəssüf edir<b style="color:red"></b> Rusiya prezidenti Vladimir Putin Türkiyə ilə münasibətlərin korlanmasından təəssüf hissi keçirdiyini söyləyib.
 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Parisdə BMT-nin iqlim dəyişikliyi konfransı çərçivəsində keçirdiyi ikitərəfli görüşlərin yekunlarına dair mətbuat konfransında çıxış edən Vladimir Putinə Rusiya-Türkiyə ikitərəfli münasibətlərinin bu vəziyyətə düşməsinə təəssüflənib-təəssüflənməməsi ilə bağlı sual ünvanlanıb.
 
"Hesab edirəm ki, biz hamımız çox təəssüflənirik. Şəxsən mən çox təssüflənirəm, çünki bu uzun müddət ərzində münasibətlərin möhkəmlənməsi üçün çox şey etmişəm",- deyə Putin suala cavabında bildirib.
 





01.12.2015    çap et  çap et