525.Az

Azərbaycan Prezidentindən yeni təyinat


 

Azərbaycan Prezidentindən yeni təyinat<b style="color:red"></b>

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Koreya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rövşən Şamil oğlu Cəmşidov vəzifəsindən geri çağırılıb.
 
525.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, Rövşən Cəmşidov ölkə başçısının digər sərəncamı ilə Azərbaycan Respublikasının Avstraliya İttifaqında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Prezident İlham Əliyev həmçinin Eleonora Hüseynovanın Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılması haqda sərəncam imzalayıb.

 





16.01.2013    çap et  çap et