525.Az

“Rəsulzadə ilə bağlı təhqiredici ifadə işlətməmişəm”


 

“Rəsulzadə ilə bağlı təhqiredici ifadə işlətməmişəm”<b style="color:red"></b>

Gəncədən deputat seçilən Naqif Həmzəyev Məhəmməd Əmin Rəsulzadə barədə səsləndirdiyi fikirlər ətrafında yaranan ictimai narazılıqla bağlı açıqlama verib.

O, Modern.az saytına deyib ki, mətbuatdakı məqalə həmin dialoqun ruhuna tamamilə ziddir:

“Orada xanım jurnalistin təqdim etdiyi kimi, təhqiredici ifadələrdən qəti istifadə olunmayıb. Müəllif həmin söhbəti təhrif edib və mənə qarşı açıq qərəz nümayiş etdirib. Səsləndirmədiyim əksər fikirləri mənim adımdan verib. Çox təəssüflər...”.

 “Yeni Müsavat”ın yazdığına görə, Naqif Həmzəyev qəzetin əməkdaşına Rəsulzadənin vətən xaini adlandıraraq, onun büstünün Gəncədə deyil, ilk respublikanı Tiflisdə qurduğu üçün orada qoyulmasını lazım bildiyini vurğulayıb.

 





01.12.2015    çap et  çap et