525.Az

Dini maarifləndirmə ilə bağlı tədbirlər uğurla davam etdirilir


 

Dini maarifləndirmə ilə bağlı tədbirlər uğurla davam etdirilir<b style="color:red"></b> Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə noyabrın 30-da Xəzər rayonu Qala kənd məscidi dini icması tərəfindən “Şəhidlik zirvəsi və Azərbaycan şəhidləri” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib.

Komitədən 525.az-a verilən məlumata görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları, Qala kənd məscidi dini icmasının sədri, məscid dindarları, ziyalılar və gənclər iştirak ediblər.

Tədbirdə çıxış edən Dövlət Komitəsinin əməkdaşları Amal Məlikov, Novruz Nuriyev şəhidlik zirvəsinin mahiyyəti və onun milli-mənəvi dəyərlərimizdəki rolu ilə bağlı fikirlərini bölüşüblər.

Xəzər rayonu Qala kənd məscidi dini icmasının sədri Süleyman Süleymanov dini icmaların fəaliyyətinə ayırdığı diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, layihənin həyata keçirilməsində göstərdiyi dəstəyə görə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə öz minnətdarlığını bildirib.

Bundan başqa, Qaradağ rayonu Lökbatan qəsəbə məscidi  dini icması tərəfindən “Gənclərin dini radikalizmdən qorunması” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib.

Tədbirdə Lökbatan qəsəbə məscidi dini icmasının sədri Faiq Əhmədov, qəsəbə dindarları, dini icmanın üzvləri, ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər.

Tədbirdə çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Novruz Nuriyev dini radikalizmin mahiyyəti və milli-mənəvi dəyərlərimizə zərərlərindən danışıb.

Daha sonra Lökbatan qəsəbə məscidi dini icmasının sədri Faiq Əhmədov mövzu ilə bağlı fikirlərini bölüşüb.

Cavid QƏDİR
 





01.12.2015    çap et  çap et