525.Az

Nardaranda saxlanılanlar var


 

Nardaranda saxlanılanlar var<b style="color:red"></b> Bu gün  Daxili İşlər Nazirliyi (DİN), Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq Nardaranda birgə xüsusi əməliyyat keçirib.
 
APA-nın məlumatına görə, Nardarana giriş-çıxış, həmçinin qəsəbənin içi polis tərəfindən tam nəzarətə götürülüb. Əraziyə Daxili İşlər Nazirliyinin yüksək rütbəli əməkdaşları cəlb edilib.
 
Qəsəbəyə daxili işlər nazirinin müavini Vilayət Eyvazov da gəlib.
 
Polis noyabrın 26-da baş vermiş insidentin digər iştirakçılarının müəyyən edilərək saxlanılması istiqamətində axtarışlar aparıb. Saxlanılanlar var.

Məlumata görə, qəsəbədəki bir neçə evdən silah-sursat aşkarlanaraq götürülüb.
 
Bununla yanaşı, qəsəbənin küçə və meydanlar radikal dini simvollardan təmizlənib. Mərkəzi küçələrdəki şüarlar, digər  elementlər yığışdırılıb, barrikadalar təmizlənib.
 
Qəsəbədə əməliyyat-axtarış tədbirləri davam etdirilir.
 





01.12.2015    çap et  çap et