525.Az

Tanınmış aktyoru ölümlə hədələdilər


 

Tanınmış aktyoru ölümlə hədələdilər<b style="color:red"></b>

Tanınmış aktyor Kadir İnanır adına saxta sosial şəbəkə hesabları açılmasına əsəbləşib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, heç bir sosial şəbəkədən istifadə etmədiyini bildirən aktyor hətta ölümlə hədələndiyini deyib:

“Uzun müddətdir, adıma saxta profillər açıb, kütlə içərisində məni alçaltmağa çalışan saxtakarlara sözüm var. Mən imanlı insanam, ölümdən qorxmuram. Düşündüklərimi hamıya açıq-aşkar söyləyirəm. Sülh tərəfdarı olaraq yaşamağa və mübarizəmə davam edəcəyəm. Bu sosial şəbəkə saxtakarlarına heç kəs inanmasın”.

 





01.12.2015    çap et  çap et