525.Az

Metroda təhlükəsizlik məqsədilə yeni aparatlar quraşdırılır


 

Metroda təhlükəsizlik məqsədilə yeni aparatlar quraşdırılır<b style="color:red"></b>

Bakı metrosunun “20 Yanvar”, “28 May” və “Koroğlu” stansiyalarında sərnişinləri yoxlamaq üçün yeni aparatlar quraşdırılıb.

Trend-in əldə etdiyi məlumata görə, yeni aparatlar metroda təhlükəsizlik tədbirlərinin daha da yaxşılaşdırılmasına hesablanıb.

Belə aparatlar “Bakı-2015 Avropa Oyunları” zamanı metronun “Koroğlu” stansiyasında tətbiq olunmuşdu.

Qeyd edək ki, sözügedən aparatlardan Heydər Əliyev Beynəxalq Hava Limanında da istifadə olunur.

 





01.12.2015    çap et  çap et