525.Az

Polis Bakı bulvarında əməliyyat keçirdi


 

Polis Bakı bulvarında əməliyyat keçirdi<b style="color:red"></b> Dənizkənarı Milli Parkda axtarışda olan keçmiş məhkum tutulub.

Lent.az-ın məlumatına görə, polisə narkotik vasitələrin alış-verişi ilə məşğul olan Suraxanı rayon, Mirqəzəb küçəsinin sakini Mikayıl Hacıyevin park ərazisində olması barədə əməliyyat məlumatı daxil olub. Dərhal ərazi nəzarətə götürülüb, M.Hacıyev yaxalanıb. Hal şahidlərinin iştirakı ilə onun üzərindən xeyli miqdarda tiryək götürülüb.
 
Məlumata görə, M.Hacıyev əvvəllər bir neçə dəfə məhkumluq həyatı yaşayıb. Onun ətrafında araşdırmalar davam etdirilir.
 





17.01.2013    çap et  çap et