525.Az

Sosial işçi və xidmətçilərə xoş xəbər


 

Sosial işçi və xidmətçilərə <b style="color:red">xoş xəbər</b> Nəqliyyat xərcləri üçün 20 manat kompensasiya veriləcək
 
Nazirlər Kabineti sosial xidmət göstərilməsi ilə əlaqədar nəqliyyat xərcləri üçün sosial işçiyə və sosial xidmətçiyə verilən pul kompensasiyasının məbləğinin müəyyən edilməsi barədə qərar verib. Lent.az-ın verdiyi məlumata görə, sosial xidmət göstərilməsi ilə əlaqədar nəqliyyat xərcləri üçün sosial işçiyə və sosial xidmətçiyə 20 manat  məbləğində aylıq pul kompensasiyası müəyyən edilib.
 
Maliyyələşmə bu məqsədlə dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına həyata keçiriləcək.
 





17.01.2013    çap et  çap et