525.Az

Ali Neft Məktəbinin tələbəsinin layihəsi təqdim olunub


 

Ali Neft Məktəbinin tələbəsinin layihəsi təqdim olunub<b style="color:red"></b>

Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının Gənclər Birliyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə Bakı Ali Neft Məktəbinin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının 2-ci kurs tələbəsi Pakizə Paşayevanın “I can or I must” (Mən bacara bilərəm və ya mən etməliyəm) adlı layihəsinin açılış mərasiminə həsr olunan tədbir keçirilib.

BANM ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynəb Kazımova, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə, layihə iştirakçıları və BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının 2-ci kurs tələbələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Pakizə Paşayeva müəllifi olduğu layihə haqqında məlumat verərək layihənin məqsədini açıqlayıb. O, gənclərin hərtərəfli inkişafının təmin olunması üçün Azərbaycanda siyasi, sosial-iqtisadi, təşkilati - hüquqi şərait və təminatların yaradılmasından söz açıb. Təhsil aldığı Bakı Ali Neft Məktəbində gənclərin təşəbbüslərinin dəstəkləndiyi vurğulayaraq layihənin reallaşmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

Ramiz Göyüşov təqdim olunan layihə haqqında və onun təşkili barədə danışıb. Ramiz Göyüşov Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı tərəfindən Pakizə Paşayevanın layihəsinə verilən dəstəkdən söz açaraq, onun Binəqədi rayonu 244 saylı orta məktəbi bitirdiyini deyib. P.Paşayevanın Binəqədi rayonunun yetirməsi olduğunu deyən R.Göyüşöv BANM-də onun uğurlarını davam etdirəcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, “I can or I must” (Mən bacara bilərəm və ya mən etməliyəm) adlı layihənin reallaşdırılmasında əsas məqsəd geniş təhsil imkanlarının yarana bilməsi, həmçinin, karyerada sürətli inkişaf baxımından kifayət qədər böyük önəm

kəsb edən ingilis dilini ümumi gedişatda seçilən layihə iştirakçılarına daha effektli üsullarla və intensiv şəkildə öyrətməkdir. Layihə ilkin mərhələdə 3 ay davam etdiriləcək.

Vəfa MƏMMƏDLİ

 





02.12.2015    çap et  çap et