525.Az

ABŞ müdafiə nazirinin baş müşaviri Azərbaycanda səfərdədir


 

ABŞ müdafiə nazirinin baş müşaviri Azərbaycanda səfərdədir<b style="color:red"></b>

Azərbaycan prezidenti İlham Əliyev yanvarın 17-də ABŞ müdafiə nazirinin baş müşaviri, xanım Ketlin Hiksin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, Azərbaycana ilk səfərindən məmnunluğunu ifadə edən K. Hiks Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyada iştirakının və bu missiyaya verdiyi töhfənin ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini deyib.
 
Xanım K. Hiks bildirib ki, ABŞ ölkələrimiz arasında müdafiə sahəsində əlaqələri daha da genişləndirməkdə və strateji əməkdaşlıq səviyyəsinə çatdırmaqda maraqlıdır. O bu sahədə əməkdaşlığın istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılmasının önəmini qeyd edib.
 
Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluğunu ifadə edən dövlət başçısı ölkələrin müdafiə sahəsində əməkdaşlığının uzun tarixə malik olduğunu və razılıq doğurduğunu vurğulayıb. Müdafiə sahəsində əməkdaşlığın ikitərəfli münasibətlərimizin inkişafındakı rolunu qeyd edən prezident İ. Əliyev bu əməkdaşlığın regional və enerji təhlükəsizliyi, eləcə də sabitliyin möhkəmləndirilməsi baxımından önəmini vurğulayıb.
 
Dövlət başçısı Azərbaycanla ABŞ arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən müdafiə sahəsində daha da genişləndiriləcəyinə əminliyini ifadə edib.

 





17.01.2013    çap et  çap et