525.Az

Dağlıq Qarabağla bağlı sual İvanişvilini qəzəbləndirib


 

Dağlıq Qarabağla bağlı sual İvanişvilini qəzəbləndirib<b style="color:red"></b> “Gürcüstan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllini dəstəkləyir”.

APA-nın “Armenia Today” saytına istinadən verdiyi məlumata görə, bu sözləri Gürcüstanın baş naziri Bidzina İvanişvili Ermənistanın baş naziri Tiqran Sarkisyanla görüşündən sonra keçirilən birgə brifinqdə deyib. Bakıya səfəri zamanı Azərbaycan prezidenti İlham Əliyevlə bu məsələni müzakirə etdiyini söyləyən B. İvanişvili, onun mövqeyini T. Sarkisyana çatdırdığını açıqlayıb.  
 
Mətbuat konfransında hər iki ölkə jurnalistlərinə iki sual vermək üçün şərait yaradılıb. Lakin “Rustavi 2” telekanalının müxbirinin Gürcüstanın xarici işlər naziri Maya Pancikidzenin Dağlıq Qarabağ münaqişəsinə dair açıqlamaları haqda sualı B. İvanişvilini qəzəbləndirib və gürcü jurnalistlərin ikinci sualına imkan verilməyib. B. İvanişvili qeyd edib ki, M. Pancikidzenin məlum bəyanatına artıq aydınlıq gətirilib və bu məsələ qapanıb. Nazirin sözlərinin təhrif olunduğunu söyləyən baş nazir jurnalistin yenidən bu məsələni qaldırmasından qəzəblənib. Onun fikrincə, bu məsələni məhz “Rustavi 2” qabardaraq gərginlik yaradıb və eyni telekanal indi Ermənistanda da bu mövzu ətrafında gərginlik yaratmağa çalışır.
 





17.01.2013    çap et  çap et