525.Az

“Ded Xasan”ın öldürülməsindən sonra "oğrular" Moskvanı tərk edirlər


 

“Ded Xasan”ın öldürülməsindən sonra "oğrular"  Moskvanı tərk edirlər<b style="color:red"></b>

“Ded Xasan”a rəqib olan “oğrular” kütləvi şəklidə paytaxtdan çıxırlar

“Ded Xasan”a qarşı birləşmiş “vor-zakon”ların liderləri Cemo Mikeladze Merab Canqveladze və Rövşən Canıyev Moskvanı tərk ediblər”.

Modern.az bildirir ki, bu barədə hüquq mühafizə orqanlarından “Rosbalt” İA-ya bildirilib. Mənbə qeyd edib ki, “Ded Xasan” adıyla tanınan öldürülmüş məşhur avtoritet Aslan Usoyanın rəhbərliyi altında olmayan avtoritetlər təcili surətdə paytaxtı tərk edirlər. Onlar alına biləcək intiqamdan və hüquq-mühafizə orqanları tərəfindən saxlanılacaqlarından ehtiyat edirlər.

Məlumatda bildirilir ki 17 yanvar tarxində səhərindən etibarən xeyli avtoritet qruplaşmaları Moskvanı tərk edib. Qalanları isə 18 yanvar axşam saatlarına qədər Moskvadan çıxmaq niyyətindədirlər. Qeyd edəkki ölkəni tərk edənlər Usoyanın rəhbərliyi altına girməyən oğrulardır. Onlar Rusiyadan xarici dövlətlərə keçmək üçün Belorus ərazisindən istifadə edirlər.

Xatirladaq ki, 17 yanvar tarixində  Moskvanın Povar kücəsində VAL snayper silahindan açılmış odlu atəş nəticəsində Rusiyada kriminal aləminin lideri olan məşhur avtoritet Aslan Usoyan öldürülüb.

 





17.01.2013    çap et  çap et