525.Az

"Əliyev və Sarkisyan dekabrın sonunda görüşə bilərlər"


 

"Əliyev və Sarkisyan dekabrın sonunda görüşə bilərlər" <b style="color:red"></b> Azərbaycan və Ermənistan prezidentləri arasında görüş bu ayın sonu keçirilə bilər.
 
APA-nın xəbərinə görə, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik  “Twitter” səhifəsində yazıb.
 
“Bu ayın sonunda Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün təşkili üçün çalışırıq”, - deyə o qeyd edib.
 
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan da Belqradda jurnalistlərə açıqlamasında prezidentlərin görüşünün dekabra planlaşdırıldığını bildirib.
 





04.12.2015    çap et  çap et