525.Az

“Türkiyə-Ermənistan sərhədləri açılmalıdır”


 

“Türkiyə-Ermənistan sərhədləri açılmalıdır”<b style="color:red"></b>

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupu hakim deyil, sadəcə, vasitəçidir”.

 APA-nın məlumatına görə, bunu ABŞ Konqresində keçirilən görüşdə bu ölkənin Ermənistandakı səfiri Con Heffern Azərbaycan tərəfdən antierməni bəyanatların səslənməsi fonunda Minsk qrupunun münaqişənin nizamlanmasına hansı töhfəni verə biləcəyi barədə suala cavabında deyib.
 
Səfir, həmçinin Ermənistan-Türkiyə sərhədlərinin açılmasının zəruriliyini qeyd edib, iki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb.
 
“Erməni soyqırımı”nı tanıyıb-tanımadığı barədə suala cavabında isə diplomat bildirib ki, 1915-ci il hadisələrinə qiymət verilməsi hansısa səfirin deyil, ABŞ-ın yüksək instansiyalarının səlahiyyətindədir.
 
“ABŞ səfirliyinin vəzifəsi Ermənistana demokratik və təhlükəsiz ölkə olmaqda yardım etməkdir. Buna nail olmaq üçün isə azad və ədalətli seçkilər vacibdir”, - deyə səfir vurğulayıb.

 





17.01.2013    çap et  çap et