525.Az

“Minsk qrupunun fəaliyyətinin nəticəsi sıfıra bərabərdir”


 

“Minsk qrupunun fəaliyyətinin nəticəsi sıfıra bərabərdir”<b style="color:red"></b>

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycanın mövqeyinin güclənməsini şərtləndirən əsas amil Avropa ictimaiyyətinin Azərbaycanın mövqeyini anlamağa başlamasıdır. AŞPA komitələrinin Qarabağ münaqişəsi ilə bağlı iki qətnamə qəbul etməsi bunun ən yaxşı nümunəsidir. Amma məsələnin digər tərəfi təhlil üçün daha ciddi maraq yaradır”.

Bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu keçirdiyi mətbuat konfransında deyib.

Politoloq qeyd edib ki, ermənilərin etirafına görə, onlar AŞPA-da qətnamələrin qəbul edilməməsi üçün bütün resurslarını işə salsalar da, bunun qarşısını ala bilməyiblər: “Avropa və ABŞ cəmiyyətində heç kim AŞPA-nın qətnamələrini tənqid etmədi. Ermənilərin AŞPA-nın qətnamələrini pisləmək üçün Avropaya və ABŞ-a müraciət etmələri şübhəsizdir. Ermənilərin müraciətləri cavabsız qaldı. Bu isə ermənilər üçün böyük itkidir. Azərbaycanın qoşunların təmas xəttində üstünlüyü əldə etməsi də beynəlxalq aləmdə cavabsız qaldı. Amerikalı həmsədr Ceyms  Uorlikin AŞPA qətnamələrinə münasibəti isə ziddiyyətlidir. Sonuncu mövqeyi-Ermənistan mətbuatına verdiyi müsahibədə açıqlaması: “Biz beynəlxalq qurumlara Dağlıq Qarabağ məsələsinə münasibət bildirməyi qadağan edə bilmərik”. Əslində, C.Uorlikin yeddi rayonu Azərbaycana qaytarılması ilə bağlı verdiyi bəyanatla birlikdə, bu bəyanat Ermənistan üçün daha böyük itkini ATƏT MQ ilə münasibətdə olduğunu demək olar”.

M.Əhmədoğlu bildirib ki, ölkə prezidenti İlham Əliyev Dağlıq Qarabağ tənzimlənməsində aktivliyini artırıb, vurğunu daha çox Ermənistan ərazilərinin Azərbaycana məxsusluğu üzərinə qoyub: “Türkiyədə G-20-nin sammitində İlham Əliyev çıxışının əsas hissəsini Dağlıq Qarabağ münaqişəsi ətrafında qurmuşdu. İndiki reallıqda Azərbaycanın iqtisadi perspektivlərindən danışmaq da Dağlıq Qarabağ tənzimlənməsinə yardım edən parametrdir”.

Mərkəz rəhbəri bildirib ki, Azərbaycan XİN-i də aktivliyini və sərtliyini artırıb. ATƏT Mink qrupu fəaliyyətinin nəticəsini sıfır adlandırıb: “ATƏT Mink qrupu adından danışan Uorlik bütün bəyanatlarına sərt şəkildə cavab verdi. Azərbaycan XİN AŞPA-nın Sərsəng su anbarı ilə bağlı qətnaməyə verdiyi münasibəti uğurlu diplomatik tapıntı idi. AŞPA-nın Parisdə keçirilən sosial komissiyasının iclasında həmin qətnamə qəbul edilərkən Azərbaycan XİN operativ münasibət bildirdi. Belə önləyici mövqe ilə o, Uorliki neqativ münasibət bildirməkdən çəkindirə bildi. Dağlıq Qarabağ tənzimlənməsində hərbi parametrlər tamamilə Azərbaycanın xeyrinə dəyişib”.

M.Əhmədoğlu qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin yeganə həlli yolu hərb variantıdır: “Ermənistanın bütün davranışı bunu göstərir. Hərbi faktorun indiki reallıqda işləməsini şərtləndirən əsas amil Rusiya ilə bağlıdır. Amma Rusiyadan Dağlıq Qarabağ münaqişəsi regionundakı hərbi əməliyyat ssenarisinə baxarkən, Azərbaycanla yanaşı Türkiyə də görünür. İndi Su-24 insidentinə görə, Türkiyə və Rusiya az qala müharibə vəziyyətindədir. Azərbaycan rəhbərliyi belə vəziyyəti əvvəlcədən proqnozlaşdırdığı üçün hərbi sahədə xüsusi aktivlik nümayiş etdirmədi. Ehtimal ki, Türkiyə və Rusiya arasında son insident Rusiyanın Azərbaycana daha yaxınlaşmasına vadar edəcək. Yaxın zamanlarda Dağlıq Qarabağ münaqişəsi regionda hərbi əməliyyatların intensivləşməsi üçün daha əlverişli şərait yarana bilər. Dağlıq Qarabağ tənzimlənməsinin indiki mərhələsində Azərbaycan humanizm faktorunu qabartdı. Azaraq Ermənistan-Azərbaycan sərhədini keçmiş yaşlı erməni qadını qısa müddət ərzində Azərbaycan geriyə qaytardı. Eləcə də, bu ilin martında ağ bayraq qaldıraraq Azərbaycan tərəfə keçmiş erməni müqaviləli hərbçisini erməni tərəfə təhvil verdi”.

O,  Ermənistan Avropa İttifaqı əməkdaşlığı barədə də fikirlərini açıqlayıb: “Ermənistan Avropa İttifaqının Əməkdaşlıq Komitəsinin Yerevanda keçirilən 16-cı iclasında Avropa İttifaqının Rusiya Şərq Tərəfdaşlığı və Mərkəzi Asiya ölkələri ilə əlaqələr üzrə departamentinin direktoru Q.Viqand bildirdi ki, Aİ Ermənistanın AİB-ə üzv olmaq qərarına hörmətlə yanaşır. Eyni zamanda, istəyir ki, digərləri də Ermənistanın suverenliyinə hörmətlə yanaşsınlar. Ermənistanla Aİ arasında yeni müqavilənin məzmunu haqda bir-birinə zidd, bəzən optimist məlumatlar yayılır. Lakin hələ ki, bu danışıqların məzmunu Aİ və Ermənistanda müxtəlif cür görünür. Avropa İttifaqının Ermənistandakı təmsilçisi səfir P.Svitalski də Ermənistanın Avropa İttifaqı ilə münasibətləri barədə Q.Viqandın fikirlərini təkrarladı”.

Mərkəz rəhbəri qeyd edib ki, Aİ Ermənistanın əyalətlərində müxtəlif proqramlar reallaşdırmaq üçün 13 milyon avro vəsait ayırıb: “Vışeqrad dördlüyünün” (Çexiya, Macarıstan, Slovakiya və Polşa) XİN-nin siyasi direktorları regiona səfər çərçivəsində Ermənistanda oldular. Ermənistan tərəfinin görüş barədə yaydığı məlumatda Qarabağ probleminin müzakirə olunması barədə heç bir informasiya yoxdur. Amma “Vışeqrad qrupu” 2013-cü ildən Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi əsasında tənzimlənməsi ilə bağlı rəsmi sənəd qəbul ediblər. Həmin qrup Azərbaycanda olarkən bu fikri bir daha təkrarladı”.

Politoloq vurğulayıb ki, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi H.Salber Ermənistanda prezident və xarici işlər naziri ilə Avropa İttifaqı -Ermənistan gündəliyinə dair Dağlıq Qarabağ problemini də müzakirə edib: “Dağlıq Qarabağın “xarici işlər naziri” K.Mirzoyanla Yerevanda görüşdən sonra o, Dağlıq Qarabağdakı proseslərə real dəstəyinin verilməsini indiki anda real məsələ olmadığını bildirdi. Zalber qoşunların təmas xəttindəki insidentlərin tədqiqi mexanizminin yaranmasını da illüziya adlandırdı. Zalber Dağlıq Qarabağa səfər etməsinin əleyhinə olmadığını bildirdi. Amma müəyyən şərtlər var. O şərtlərə reallıq kimi yanaşmaq lazımdır. H.Zalber Azərbaycanın qoyduğu qadağanı nəzərdə tuturdu”.

PƏRVANƏ

 





05.12.2015    çap et  çap et