525.Az

Kerri “Ermənistan-Azərbaycan münaqişəsi” ifadəsini işlədib


 

AZAY QULİYEV: “DANIŞIQLARDA MÜƏYYƏN İRƏLİLƏYİŞİN ƏLDƏ OLUNACAĞINA ÜMİD ETMƏK OLAR”

Kerri “Ermənistan-Azərbaycan münaqişəsi” ifadəsini işlədib<b style="color:red"></b>

“ATƏT-in Nazirlər Şurasının iclasında ABŞ-ın Dövlət Katibi Con Kerri çıxışı zamanı ATƏT ərazisində həll olunmamış münaqişələrə toxunub. O ilk dəfə olaraq, “Dağlıq Qarabağ problemi”nin yerinə “Ermənistan-Azərbaycan münaqişəsi”  ifadəsini işlədib”.

Bu sözləri ATƏT Parlament Assambleyası Büro üzvü, Siyasi Məsələlər Komitəsinin sədr müavini Azay Quliyev qurumun Nazirlər Şurasının dekabrın 3-də Serbiyanın paytaxtı Belqradda keçirilən iclasıyla bağlı danışarkən deyib.

Deputat bildirib ki, iclasda Con Kerri Moldova, Gürcüstan, Ermənistan və Azərbaycanda olan münaqişələrin həll olunmamasından narahatlığını ifadə edib. A.Quliyevin sözlərinə görə, dövlət katibi münaqişənin adının “Ermənistan-Azərbaycan münaqişəsi” kimi qeyd etməklə Ermənistanın Azərbaycanın ərazisini işğal etdiyini vurğulamış olub: “Bu ifadə ölkəmizin mövqeyi ilə üst-üstə düşür və hüquqi baxımdan da münaqişə tərəflərini doğru təsvir edir. Rusiyanın da münaqişənin həlli ilə bağlı əvvəlki illərə nisbətən konstruktiv yanaşmasını da əlavə etsək, danışıqlarda müəyyən irəliləyişin əldə olunacağına az da olsa, ümid etmək olar”.

Ceyhun ABASOV

 





05.12.2015    çap et  çap et