525.Az

Futbolçular neftçilərin xatirəsini yad etdilər


 

Futbolçular neftçilərin xatirəsini yad etdilər<b style="color:red"></b> Topaz Premyer Liqasının XV turu çərçivəsində bu gün Lənkəranda baş tutacaq “Xəzər Lənkəran” – “Qəbələ” oyununda hər iki komanda meydana neftçi dəbilqələri ilə çıxıblar.
 
Apasport.az saytının məlumatına görə, “Neftçi”nin futbolçuları da oyuna dəbilqə ilə çıxaraq faciədə zərər çəkmişlərə öz dəstəyini göstərib.
 
Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib.

Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. 1 nəfər neftçinin cəsədi ailəsinə təhvil verilib, 29 nəfərin axtarışı davam etdirilir.
 





07.12.2015    çap et  çap et