525.Az

Əsgərin yaralanması faktı üzrə cinayət işi başlanıb


 

Əsgərin yaralanması faktı üzrə cinayət işi başlanıb<b style="color:red"></b>

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə Alayının əsgərinin güllə yarası alması faktı üzrə cinayət işi başlanıb.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov APA-ya açıqlamasında bildirib ki, xidmətin Mühafizə  Alayının əsgəri Sübhan Vəli oğlu Mahmudlu silahla ehtiyatsız davranması nəticəsində xəsarət alıb. M. Sadıqov, əsgərin dərhal xəstəxanaya yerləşdirildiyini və üzərində cərrahiyyə əməliyyatı aparıldığını deyib.
 
Məlumata görə, faktla bağlı prokurorluq tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

 





17.01.2013    çap et  çap et