525.Az

Peşəkar


 

Peşəkar

Əli Nəcəfxanlının 55 illiyinə

 

Hafiz  İmamnəzərli

 

                                

 

İZAHAT

İnsan yaradılışın ən qəribə mübhəm duyğularını özündə ehtiva edir. Bəlkə  ilk baxışdan şablon, bir az da bəsit təsir bağışlaya biləcək, fəlsəfi sitat lovğalığına cəhd kimi qiymətləndiriləcək deyimdir: – oxucu çöhrəsindəki istehzalı cizgiləri sanki ekrandakıtək görürəm. Olsun! Fəqət elə bu qəribəliyin məna-məzmun saxlancında bir devizin təşnəliyi duyulmaqda: inad təmkin atına minib hakimlərin oturub qərar çıxartdığı yerə çapmaq sübutifadəsinin bayram libasını geyindirməyə tələsgənlik!

 

Hövsələfənnindən ilboyu kəsiri olanların qulaq deşən, baş çartladan ayaq tappıltılarını nəzərə alıbanlakoniktəyininə sülh missiyalı sağ əlimi uzatmaq məcburiyyətində qalıram. Kəsəsi, ey oxucu, əgərinsan qəribəliyi haqqında standart düşüncəni boş-boşuna havaya atırsanqınağını şax üzümə vurmaq istəyirsənsə, mən razı hətta təslim!

 

Onda bunun adınıquru fəlsəfəçilik, əllaməçilik, ibarəbazlıq s.” qoyanların bütün nəsil-nəcabətinə rəhmət!

 

Amma lakin, bütün bu giriş nitqi sadəcə bir insanın, istedadlı bir qələm dostumun portret cizgilərini apaydın təsvir etmək, bir mənalı ömür melodiyasının strukturunda adajio variasyaları təqdimata çıxartmaq kimi önəmli xoşniyyət bir missiya naminədir.

 

Çoxdandır publisist yazı işləmirdim məni qələmə sarılmağa vadar edən şəxs şair-publisist, çağdaş jurnalistika məkanında imzasının, dostlar arasında sözünün dəyəri olan Əli Nəcəfxanlıdır.

 

belə başlamaqda da məqsədim bir növ Əlinin danışıq yazı tərzindəki yarızarafat, yarıciddi, bəzən bir az ironik çaları müsbət koordinatda parodiya etməkdir.

 

Əli Nəcəfxanlının portretini təbii rənglər daha çox səciyyələndirir. Bəlkə nadir adamlar sırasındadır ki, olduğu kimi görünür. O, zahiri görünüşcə qaşqabaqlıdır, tutqundur, tündməcaz adam təsiri bağışlayır, amma heç zaman nəyinsə xatirinə, kiməsə xoş olsun deyə bu vizual mövqeyini əldən vermir. Hətta təbəssümü qaşqabaqlıdır.

 

 

İNFORMASİYA USTASI

Əli informasiya jurnalisti kimi peşəkardır, qələmi mükəmməldir. Xəbər yükü, mövzu seçimi, problem aktuallığı, aksentin dürüstlüyü, operativlik onun telereportajlarında ideal səviyyəsi ilə seçilib.

 

Əli Nəcəfxanlının xəbəri çatdırma tərzi rəsmiyyəti ilə bərabər koloriti, estetikanı dilin şəhdi-şirəsi cəmi ilə birgə çeşidli palitradır.

 

Strukturuna görə onun xəbəri arının ulu təbiətin ən ecazkar guşəsindən topladığı bala bənzəyir: qiymətli, dəyərli, gərəkli, faydalı, gözəl, estetik, qeyri-adi.

 

Bəlkə Yardımlı Laçın kimi füsunkar diyarların ab-havasını öz genetik kodunda ehtiva etdiyindədir?!?

 

Televiziyanın texniki nəzəriyyəsindəhərəkətli böyütməhərəkətli çəkilişterminləri mövcuddur. Birincisi telekameranın təsviri böyütməsini, hər hansı predmetin xırda, yaxud orta plandan iri plana gətirilməsini nəzərdə tutur. Hərəkətli çəkiliş isə eyni çəkiliş zamanında komeranın müxtəlif yerdəyişmələridir.

 

Əli Nəcəfxanlının müəllif mətnləri hər iki nəzəriyyənin müdəaları ilə uyğunlaşır. Onun peşəkar qələmi xəbərin dramaturji strukturunda vacib olanın plan mövqeyini müəyyənləşdirir, sözü kameranı qabaqlayaraq gərəkliyinə siyasi-ideoloji, iqtisadi, mənəvi-əxlaqi dəyərinə görə müxtəlif rakusklar seçir. Bütün bunlarla bərabər, Əli öz üslubunu qurmaqla yanaşı, həm audiovizual landşaftı, yəni cəmiyyətin bütün təbəqələrinin marağını, səviyyəsini nəzərə alır.

 

 

İNFOTEYNMENT

İnfoteynmentinformasiya həzzi, “xoş informasiya ya daha açıq desək, xəbərin əyləncə yolu ilə çatdırılmasıdır. Qərbdə keçən əsrin 60- illərindən formalaşıb. Bizə bir az gec gəlib çatıb. Bir neçə il öncə ATV-nin həftə yekununda infoteynment süjetləri görünməyə başladı. “Xəzərteleviziyası isə yarandığı gündən gündəlik xəbərlərinə infoteynment duzu qatdı bu günə kimi davam edir. Əlbəttə, məqsədim heç televiziya nəzəriyyəsinə dair bilgilərimi qabartmaq, infoteynment strukturunu açıqlamaq deyil. Mən infoteynment üslubu ilə Əli Nəcəfxanlı dəst-xətti arasında oxşarlığı vurğulamaq niyyətindəyəm. İctimaiyyətə təqdimatında infoteynment Qərb modeli olsa da, zənnimcə, təfəkkür arxitipinə, sosial-fəlsəfi, ədəbi mahiyyətinə, elementlər incəliyinə görə Şərq ruhlu, bəlkə Azərbaycan soyludur. Qosqoca kişilərimiz sözü zarafata salıb elə deyiblər ki, yeddi qatdan keçib, ariflər paylarını götürüblər.

 

  bunları düşünərkən birdən-birə Əlinin qaşqabaqlı siması, sərt baxışları ilə əvvəl-əvvəl təzad yaradan yazı danışıq üslubunu yanaşı qoyub belə qərara gəldim ki, infoteynment elə Əli Nəcəfxanlının üslub köynəyidir. İnfoteynment elə Əli Nəcəfxanlının qan yaddaşıdır.

 

 

XALQA DÖVLƏTÇİLİYƏ XİDMƏT

Əli Nəcəfxanlı uzun müddət Azərbaycan televiziyasınınMaarifçilikbaş redaksiyasında işləyib. Elmlə təcrübənin vəhdətindən doğan istehsalat nəticəsini onun qədər dürüst təqdimata çıxaran ikinci bir müəllif tanımıram.

 

Bu günXalq qəzetinin cənub bölgəsi Sumqayıt şəhəri üzrə xüsusi müxbiridir. Müasir, qüdrətli Azərbaycanın tərəqqi tarixinə, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına peşəkar jurnalist töhfəsini verməkdədir. Harada işləməsindən asılı olmayaraq, dövlətçiliyə bağlılıq, xalqa xidmət, milli məfkurəyə, azərbaycançılığa xidmət amalı olub.

 

 

KLASSİK ÜSLUB, POSTMODERNİST TƏCRÜBƏ

Əli Nəcəfxanlı istedadlı şairdir.

 

Fəqət informasiya üslubu onun şeir dilinə, poetik təfəkkürünə xələl gətirmir. Əli poetik duyğunun doğurduğu əzabı söz bələyinə büküb bağrının başında soyudur, beyninin süzgəcinə ötürür, bərkimişləri, qayımlayıb ayağı yer tutanları köçürür kağıza. Sonra da quş körpə balasını dimdiyində qaldırıb yuvaya qoyurmuş kimi, sözləri piləyə-piləyə götürür, bədii-estetik meyar tərəzisinə qoyur, təsir çəkisini öyrənir onun pasportunu yazır. İnformasiya publisistikadakı peşəkarlığını Əli poeziyasının nəfinə yönəldə bilir. O, sözdən şeir evi tikir təkcə estetika, dizayn qayğısına qalmır. Hər daşhər kəlmə duyğu, düşüncə yükünün daşıyıcısı, bir tale simsarıdır. Fəqət, bunların düzülüş trayektoriyası, daxili ritmi, dramaturji ahəngi, duyğusal havacatı ümumi estetik planın strukturundan çıxmır.

 

Əli Nəcəfxanlı postmodernist deyil, amma onun misraları, deyimi hər zaman təzədir. Əlinin avanqardlığı janr anlamında deyil, bədii ifadə yanaşma tərzindədir. Əli sözə hörmətlə yanaşır, sözün urvatını gözləməyi bacarır. Bu hal təkcə yazı masasında olmur. Bazara, dükana girəndə , avtomobil təmiri emalatxanasına, arayış dalınca gedəndə sözə sıcaq, bir qədər baməzə münasibətini, yəni özəl nitq üslubunu qoruyur.

 

 

RASİONAL DÜŞÜNCƏ SAHİBİ  
Əli Nəcəfxanlı şairdir. Düşüncə ruh adamıdır. Bir gülün açmasına sevinəcək dərəcədə lirikdir. Amma dərviş deyil, sufi həyat tərzi keçirmir. Rasionaldır, gerçək durumu hər zaman barometr dəqiqliyi ilə qiymətləndirir. Rahat yaşam tərzi üçün gərəkən şəraiti dişi ilə, dırnağı ilə qurub. Özünün ehtiyac zənbilini dürüst müəyyənləşdirə bilir. Heç zaman onu gileylənən, “ağlayangörməzsən.

 

Əlinin hər nüansı qədərində olan poetik gerçək həyat duyğuları tanıtım nişanı kimi bir addım özündən öndədir. Bu gün Əli Nəcəfxanlı qəzetçiliklə çörək qazansa da, biz onu daha çox televiziyonçu kimi tanıyır qəbul edirik. Bir az da, doğma sahəsindən uzaq düşməsinə təəssüflənirik. Qəzetlə televiziya ayrı-ayrı üslubların, qavrama tərzinin təqdimatını tələb edirbunu hər kəs təsdiqləyə bilər.

 

Zənnimcə, Əli Nəcəfxanlı qəzetlə televiziyanın kəsişən nöqtəsini taparaq, o nöqtədə improvizələr kollajını sərgiləyə bilib.

 

 

AH, YENƏ BU TELEVİZİYA BAXIŞI

Sonda yenə yekun bir söz demək istəyindəykən, televiziya təfəkkür tərzi öz hegemonluğu diktəsilə Əlinin portretinə bu baxış bucağından nəzər salmağa vadar edir. Dinamik montajçağdaş televiziya yaradıcılığı, ələlxüsus, xəbər sistemi üçün önəmli şərtdir. Bu üslubhadisələri, fikir ideyanı sadəcə məntiqi ardıcıllıqla göstərmək üçün deyil, həm çəkilmiş səhnənin təsirini daha çox gücləndirməkdən ötrü tətbiq edilir. Burada daha qabarıq dramatik təqdimat, kəskin rakurslar, çox iri planlar səciyyəvidir.

 

Əli Nəcəfxanlının 55 illik yaradıcı ömrü yaradıcılıq üslubu sanki dinamik montajın ehtivasıdır.

 

TƏBRİK EDİRƏM!

 

 

 





20.09.2012    çap et  çap et